ərəb. tamam sözündən olub, sona çatma, bitmə, qutarma, həmçinin bütünlüklə, büsbütün, hamısı mənalarını ifadə edir.
Məişətimizdə çox zaman valideynlər bu adı bir neçə qız övladdan sonra artıq oğul istəyini ifadə etmək məqsədi ilə sonuncu dünyaya gəlmiş qız övlada verirlər. Azərbaycan antroponimikasında Tamam qadın adı ilə yanaşı, tərkibində Tamam adının işləndiyi mürəkkəb qadın adları da vardır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti