ibrani. tamara əncir ağacı, yaxud xurma ağacının adıdır. Məcazi mənası uca boylu gözəldir.
M.Y.Lermontovun “Demon” əsərinin dilimizə tərcümə edilməsi ilə məişətimizə əsərin qəhrəmanlarından olan Tamaranın adı da daxil olmuşdur. XX əsrdə Tamara məişətimizdə geniş yayılmış qadın adlarından olsa da, keçən əsrin sonlarında artıq dəbdən düşmüşdür. Bu gün rus dilində olduğu kimi, Cənubi Qafqazda yaşayan digər xalqların məişətində Tamara adı geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti