Reklam
Reklam

Tarix terminləri lüğəti

tanqutlar

1. Tibet-Birma qrupuna aid qədim xalq.

Bu xalq özünü “mi”, “minya” adlandırıb. X əsrdə T. Çinin indiki Qansu və Şansi əyalətlərinin ərazisində Si Sya adlı dövlət yaradıblar və mütəmadi olaraq çinlilərə qarşı uğurla mübarizə aparıblar. Orijinal yazıya malik olan T. özünəməxsus sivilizasiya yarada biliblər. Lakin 1227-ci ildə monqollar tərəfindən darmadağın edildikdən sonra T.-ın bir hissəsi tibetlilərin tərkibinə daxil olub, digər hissəsi isə monqollar və çinlilərin assimilyasiyasına məruz qalıb.

2. Tibetlilərin monqolca adı.

XX əsrin 30-cu illərinədək rus ədəbiyyatında Sinxay vilayətində yaşayan köçəri tibetlilər də belə adlandırılıb.

Tarix terminləri lüğəti