Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

tar1

Ağdam, Ağdərə, Basarkeçər, Borçalı, Çənbərək, Gədəbəy, Qarakilsə, Qazax, Şuşa, Tovuz

Toyuqların axşamlar üstündə yatdığı ağac.  Töüxlar gejə tarda yatışır (Ağdam); Çücələr tara çıxa bilmir (Basarkeçər); Tö:ygə tar qoy üsdə çıxsın (Çənbərək); Tö:üxlər tarda yater (Gədəbəy); Tar hində qoyulur ki, tö:üxlər çıxıf orda yatsınnar (Ağdərə); Töyuxların hamısı tarda yatıf (Tovuz); Toyuğun tarı ağajdan qayrılar (Borçalı); Toyux yatan ağaca tar deyirix' (Şahbuz); Tö:üxlər tara çıxıf (Şuşa).

tar2

Basarkeçər, Başkeçid, Borçalı, Çənbərək, Hamamlı, Qazax, Şəmkir, Tovuz

Arabanın yan tərəflərindəki paralel üfüqi ağaclar. □ Haravanın tarı qırılıf (Qazax); Haravanın dört tarı olor (Borçalı); Haravanın qazıxların birləşdirən ağaca deirix' tar (Hamamlı).

tar

Ağcabədi, Ağdərə, Basarkeçər, Başkeçid, Borçalı, Cəbrayıl, Çənbərək, Daşkəsən, Gədəbəy, Qazax, Şəmkir, Şuşa

Küləyin bir yerə topladığı qar yığını.  Tarın altınnan yap adam gedir (Ağcabədi); Tar dağlardo.lur, hara küləx' dəydi ordo:lur (Ağdərə); Meşə: gedəndə tarapatmışdım, güjnən çıxdım (Gədəbəy); Tar yolları basıf (Çənbərək); Arıx keçi tara batdı (Cəbrayıl).

Azərbaycan dilinin dialektoloji lüğəti