Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

tarixi [ta:rixi] sifət ərəb

1. Həqiqətən olmuş, həqiqətə uyğun olan, uydurma olmayan. □ Tarixi fakt. Tarixi şəxsiyyət. Tarixi şərait.
2. Tarix üçün əhəmiyyəti olan, tarixə daxil olmuş; əhəmiyyətli, əlamətdar. □ Tarixi qurultay.
3. Tarixdə olmuş hadisəyə əsaslanan, tarix əsasında qurulmuş, tarixdən götürülmüş. □ Tarixi roman. Tarixi dram. 
4. Hadisələrə, onların törəmə və inkişafı baxımından yanaşan, baxan, tədqiq edən. □ Müasir dil faktlarının tarixi izahı. Hadisələrə tarixi baxış.
5. Hadisələri, ardıcıl inkişafı baxımından tədqiq edən, öyrənən. □ Tarixi coğrafiya.
6. Cəmiyyətin inkişafının müəyyən mərhələsi ilə bağlı olan; daimi olmayan, keçici. □ Tarixi kateqoriya.
7. Tarixdən əvvəlki dövrlərə deyil, maddi abidələrin qaldığı dövrə aid olan. □ Xalqın həyatının tarixi dövrü.

See also:

coğrafiya: tarixi coğrafiya coğrafiya: tarixi geologiya Azərbaycan dilinin izahlı lüğəti