Qaynaqlarda tarı (əkmək), tarıq (dən), tarığçı (əkinçi), tarığlıq (tarla), tarlaq (əkin sahəsi, “pole”), tartın (məhsul) sözləri mövcuddur və hamısı qohum kəlmələridir, kök tar ismidir. Deməli, tarla “əkilmiş sahə”, “məhsul” deməkdir və xalis türk sözüdür. Taxıl isə ərəb sözüdür və mədaxil kəlməsi ilə kökdaşdır. Bizdə buna tartın deyilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti