Reklam
Reklam

Etimologiya lüğəti

tas

Fars sözüdür, iri mis qabı (teşti) bu sözlə adlandırıblar. Rus dilində bizdəki çanaqlıq (hövsələ sümüklərinin birləşdiyi yer) yerinə taz işlədirlər. Çanaqtas (taz), təxminən, eyni şeydir (hər ikisinin içi çökək, oyuq olur). Ruslardakı taz bizdəki tas sözünün azca dəyişmiş formasıdır. İkinci tas sözü də var və nərdlə bağlı işlədirik, mənası “zər” (oyun zəri) deməkdir. İndi başqa anlamda işlədirik. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti