Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

tasalanmax

Ağcabədi, Beyləqan, Borçalı, Cəbrayıl, Gədəbəy, Hamamlı, İmişli, Şəki, Şuşa

1. Ürəyi sıxılmaq, darıxmaq (Ağcabədi, Beyləqan, Cəbrayıl, Gədəbəy, Hamamlı, İmişli, Şəki). □ Yaman ürəyim tasalanır (Şəki); Hə:, də:sən tasalanmısan (Ağcabədi); Yamanca tasalanmısan, ha: (Beyləqan); Ejrinnən yatammeyrim, tasalaneyrım zavahdannan (Gədəbəy).

2. Əsəbiləşmək (Borçalı, Şuşa).  Yəni biri ajıxlanır, hövsələdən çıxer, de:irsən ki, niyə tasalanersan (Borçalı); Bura bax ey, mə:m üsdümə niyə tasalanırsan (Şuşa).

Azərbaycan dilinin dialektoloji lüğəti