Reklam
Reklam

Tarix terminləri lüğəti

tavrlar

yun. Tauroi

E.ə. IX əsrdən eramızın IV əsrinədək Krımın cənub hissəsində məskunlaşmış qədim tayfalar.

Antik mənbələrdə T.-ın adları çəkilir. Onlar əkinçilik və maldarlıqla, ovçuluq və balıqçılıqla məşğul olublar. Xersones və Bospor dövlətləri ilə mübarizədə öz müstəqilliklərini qoruyub saxlamağa müvəffəq olan T. e.ə. II əsrin sonunda Pont çarlığının əsarəti altına düşüblər. E.ə. I əsrin ortalarında onların assimilyasiya prosesi başlayıb. Ehtimal olunur ki, T. alanlar, qotlar və Krımın dağlıq hissəsində məskunlaşmış digər tayfaların tərkibinə daxil olublar. Yazılı mənbələr eramızın IV əsrinədək T.-ın mövcud olduğunu təsdiqləyir. Bu qədim tayfaların etnik mənşəyi məlum deyil. Krımın T. yaşayan cənub hissəsi antik dövrdə Tavrika adlanıb.

Tarix terminləri lüğəti