Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

taxta [taxda] isim fars

1. Şalbandan mişarla kəsilmiş çox qalın olmayan yastı ağac parçası. □ Abdaldan paşa olmaz, taxtadan - maşa. (Atalar sözü).
2. Sifət kimi: taxtadan qayrılmış, taxtadan olan. □ Dəmir qapının da taxta qapıya işi düşər. (Atalar sözü).
3. Taxtadan qayrılmış qapı, pəncərə və s. tayı, layı. □ Xasay lampanı söndürdü, pəncərənin o biri taxtasını da atdı. (M.Hüseyn).
4. Hər hansı bir məqsəd üçün taxtadan hazırlanmış lövhəcik və s. □ Çertyoj taxtası. Şahmat taxtası. Yazı taxtası.
5. Parça (qumaş) zolağı. □ Göyərçin üstdən on iki taxta, ayağı yaşıl lentli tuman geymişdi. (S.Rəhimov).
6. Torpaq zolağı. □ Bu taxtada darı əkiləcək.

See also:

frazeologizm: şahmat taxtasına çıxmaq Azərbaycan dilinin izahlı lüğəti