Qəbilə və tayfa sözləri ərəb mənşəlidir. Qəbilə kiçikdir, tayfa isə qəbilələr birləşməsindən ibarət olub. Bizdə qəbilə yerinə “boy”, tayfa əvəzinə “oymaq” sözləri işlədilib. Oymaq – “ərazi” mənasını əks etdirən sözdür, bu mənada bəzən indi də işlədilir. Belə güman edirəm ki, boy və bəy sözləri eyni olub: boy – bəyin rəhbərlik etdiyi qəbilə kimi anlaşıla bilər (bəy, əslində, “varlı” deməkdir, amma bir boya rəhbərlik etmək onun varlı olması ilə ziddiyyət təşkil etmir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti