1. İncəsənətin, aktyorların tamaşaçılar qarşısında göstərdikləri səhnə tamaşaları vasitəsilə həyatı bədii surətdə əks etdirən növü. □ Azərbaycan teatrının tarixi.
2. Səhnə tamaşaları göstərən və bunun üçün ixtiyarında hər cür lazımi imkanları (artist kollektivi, bina və s.) olan idarə, təşkilat, müəssisə. □ Opera və balet teatrı. Musiqili teatr.
3. Tamaşa göstərilən bina. □ ..Ayna zorla məni yedirir, hər gecə kinoya, teatra aparırdı. (İ.Əfəndiyev).
4. Səhnə tamaşası; tamaşa. □ Bu axşam klubda yaxşı teatr var.
5. Bu və ya digər müəllifə, yaxud ədəbi məktəbə və s.-yə aid dram əsərlərinin məcmusu toplusu. □ M.F.Axundzadə teatrı.
6. Məcazi mənada: gülməli, masqaraya qoyulmalı, qeyri-ciddi hadisə, iş, adam və s. haqqında. □ İclas deyildi, teatr idi. Onun işi lap teatrdır.
See also: