Reklam
Reklam

Məsəllər, deyimlər

TEATR ASILQANDAN BAŞLAYIR

Nümunəvi bir mədəniyyət ocağı kimi teatrda hər şeyin əhəmiyyətli olduğunu, kandardan, asılqandan başlayaraq səhnəyə qədər hər şeyə xüsusi diqqət yetirməyin vacibliyini vurğulayan ifadə.

İfadənin böyük rus teatr xadimi Konstantin Stanislavskiyə (1863–1938) aid olduğu ehtimal edilir.

Yazılı mənbələrdə K.Stanislavskinin belə bir ifadə işlətməsi təsdiq olunmur. Ona görə də başqa gümanlara görə, bu sözlәr Stanislavskinin sənət dostu, görkəmli rus rejissoru Vladimir Nemiroviç-Dançenkonun dilindәn yayılmışdır. Lakin bu fikrə dә etiraz edənlər var. İfadənin haradan qaynaqlanması mübahisəli olsa da, onun dilimizə rus dili vasitəsilə keçməsi mübahisə doğurmur.

Bu da faktdır ki, bu qanadlı sözlərdə dərin hikmət vardır. Yəni ifadə onu təlqin edir ki, böyük bir mədəniyyət ocağı kimi teatrda hər şey, hər bir element əhəmiyyətlidir. Ona görə də kandardan, asılqandan başlayaraq səhnəyə qədər hər şeyə xüsusi diqqət yetirmək vacibdir.

Məsəllər, deyimlər