1. Birinin sərəncamına, ixtiyarına vermə (məşğələ keçmək, öyrətmək, xidmət etmək və s. üçün), birinin üzərinə bu və ya başqa vəzifə qoyma (əsasən “etmək”, “edilmək”, “olmaq”, “olunmaq” köməkçi feilləri ilə işlənir). □ Geri qalan şagirdləri əlaçılara təhkim etmək.
2. Hər hansı bir məqsədlə, yaxud xidmət və ya istifadə üçün bir yerə qeyd olunma (etmə). □ Pəhriz yeməkxanasına təhkim olunmaq.