1. İddia, təşəxxüs, lovğalıq, özünü çəkmə, fors. □ ..hər şeyə yuxarıdan baxan büzük gözlərinə hüdudsuz bir təkəbbür çöküb qalmışdı. (M.İbrahimov).
2. Sifət kimi: təkəbbürlü, iddialı, dikbaş, təşəxxüslü, lovğa, forslu. □ ..Atası kimi təkəbbür, kinli, höcət, qoçaq bir dəliqanlıdır. (S.S.Axundov).