1. Arxaizm. Söykənəcək, dayanacaq.
2. Məhəccər, söykənəcək, sürahi. □ Qərənfil bacı eyvanın təkyəsinə yaxınlaşaraq .. səslədi. (İ.Əfəndiyev).
1. Təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yer. □ Dərvişlikdən xəbəri yox, gecə-gündüz təkyə axtarır. (Atalar sözü).
2. Təziyə, yas, hüzr yeri. □ Bir gün, baharın son ayında Şərəbanı xanım qonşuya təkyə yerinə getmişdi. (E.Sultanov).