Avtoritar rejimlərdə media qurumunun fəaliyyətinin etik kodekslər və qanunlar əsasında deyil, amiranə tərzdə, inzibati təsir vasitələri ilə tənzimlənməsi üsulu; mediaya qanunsuz tapşırıqların şifahi şəkildə verilməsi formalarından biri.
Bu ifadədə «telefon» anlayışının bir rabitə vasitəsi olaraq öz ilkin mənasının itdiyi aydın görünür. T.H. cəmiyyətdə korrupsiya və qanunsuzluğun geniş yayıldığı mərhələdə xüsusi idarəçilik formasına, yalnız mediaya deyil, bir çox sahələrə (məsələn, məhkəməyə) inzibati təzyiq mexanizminə çevrilir, yazılı qanunlardan, hətta konstitusiyadan yüksəkdə dayanır.
Jurnalistika terminləri lüğəti