Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

teleqram

yun. tele – uzaq + gramma – yazı

Bu və ya digər məlumatı təcili şəkildə uzaq məsafəyə çatdırmaq üçün isti­fadə olunan əməli yazı növü.

Teleqram mətni, adətən, qısa olur və burada məlumatın mahiyyəti əks olunur. Tele­qram uzaq məsafəyə teleqraf aparatı ilə ötürülür. Müasir dövrdə internet geniş yayıldıqdan sonra bu yazı növünə müraciət xeyli azalıb.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti