Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

təlis1

Culfa, Ordubad, Zəngilan

Kisə. □ Ağ təlisinən bir sümbül yığmışdıx (Zəngilan); Bizdər mişoğa təlis diyarıx (Ordubad); Təlisə un yığırıx, dən yığırıx (Culfa).

təlis2

Astara, Cəlilabad, Gədəbəy, Qazax, Lənkəran, Masallı

Əl-üz dəsmalı. □ Təlis qoymuyufsan əlimizi siləx' (Qazax); Təlisi bəri elə:nnən silem üzümü (Gədəbəy); Təlisi ver üzümü silim (Lənkəran); Qıza, qıza! Təlisi ver, Hüseynağa üzün silsin (Cəlilabad).

təlis3

Cəlilabad

Əlüzyuyan.  Qıza, təlisə su tökginən.

təlis4

Gəncə

Üzərinə tut çırpmaq üçün bir-birinə tikilmiş böyük parça.

Azərbaycan dilinin dialektoloji lüğəti