Üslubi fiqur: əsərdə hər hansı tarixi hadisəyə, şəxsiyyətə və ya bədii əsərə eyham vurulması.
T. tarixi fakt haqqında geniş məlumat deyil, fikri daha təsirli ifadə etmək üçün qısa xatırlatma, işarədir. Müəllif bunu elə edir ki, sanki oxucunun həmin faktı bildiyinə əmindir, buna görə də geniş izahata ehtiyac duymur. Ədəbiyyatımızda bir çox sənətkarların yaradıcılığında bu poetik fiqura rast gəlinir. Seyid Əzim Şirvani “Səni” rədifli qəzəlinin 4-cü beytində Xızır peyğəmbərlə bağlı belə bir T. yaratmışdır:
İstəməz abi-bəqa Xizrü Məsiha xurşid,
Göstərə bir kəs əgər Xizrü Məsihaya səni.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti