1. Hər hansı bir fikri, əqidəni, hissi qəbul etdirmək üçün birinin iradəsinə, psixikasına təsir etmə, beyninə yeritmə. □ Tahir .. yenə qocanın mənalı-mənalı baxan, təlqin dolu gözlərini, qüvvətlə gurlayan səsini unutmurdu. (M.Hüseyn).
2. İlahiyyat. Müsəlmanlarda meyit dəfn olunandan sonra molla tərəfindən məzar başında oxunan dua.