1. Adətən “etmək”, “edilmək” köməkçi feilləri ilə – bir şeylə lazımi dərəcədə təchiz etmək, lazım olan bütün şeyləri vermək. □ ..Bir də kaşanə gərək məsrəf üçün; Hər nə lazımsa edərlər təmin. (H.Cavid).
2. Adətən “etmək”, “edilmək” köməkçi feilləri ilə – inandırmaq, qane etmək. □ Bu cavab Salamı təmin etmirdi. (Mir Cəlal).
3. Adətən “etmək”, “edilmək” köməkçi feilləri ilə – bir şeyi həyata keçirmək üçün lazımi şərait yaratmaq. □ ..Şuraların yardımı ilə istiqlaliyyətimizi təmin və ingilisləri məhv edəcəyik. (Y.V.Çəmənzəminli).