Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

təngaltı

Yəhərin altından atın belinə qoyulan üstü dəri, qalın astarlı keçə parçası. (“Koroğlu” dastanının lüğəti)

Həmzə bəy gördü ki, Koroğlunun silah-yarağı yoxdu, elə buna görə də bir qılınc Qıratın təngaltısına qoyub, bir qılınc da yəhərin altına bağladı.

                                                (Paris nüsxəsi, 6-cı məclis)

Həmzə bəy dedi:

– Ağa, yəhərin qaşından asılan bu qılıncı belinə bağla, təngaltının altındakı qılıncı da astaca çıxart əlində tut.

                                                                                                                                                         (Paris nüsxəsi, 6-cı məclis)

Azərbaycan dastanlarının leksikası