Kütləvi informasiya vasitəsi təsisçisinin qanunla müəyyənləşdirilmiş hüquq və vəzifələrinin məcmusu.
Media orqanının təsisçisi redaksiya nizamnaməsini təsdiq edir, onunla müqavilə bağlayır, məhsulun istehsal və yayım istiqamətlərini müəyyənləşdirir, maliyyə, avadanlıq və texniki təchizat məsələlərini həll edir. Təsisçi kütləvi informasiya vasitəsində çıxış etmək, bəyanat vermək, digər rəsmi məlumatlar yerləşdirmək hüququna malikdir. Həmin çıxış, bəyanat və məlumatlara görə redaksiya məsuliyyət daşımır. Nizamnamədə və redaksiya ilə bağlanmış müqavilədə göstərilən hallar istisna olmaqla təsisçilər KİV-in istehsalına və yayımına müdaxilə edə bilməzlər.
See also:
Jurnalistika terminləri lüğəti