Aşıq yaradıcılığında beşhecalı misralardan ibarət lirik şeir forması.
Qafiyə şəkli a.b.a.b, c.c.c.b, d.d.d.b, ... formasında olur; məsələn:
Dostluğun billəm,
Sən bizə gəlsən.
Dərdinnən ölləm,
Sən bizə gəlsən.
***
Ağlayıb-gülləm,
Göz yaşım silləm,
Qurban kəsilləm,
Sən bizə gəlsən.
***
Cümə, fanaram,
Dəymə, sınaram,
Fikrin qanaram,
Sən bizə gəlsən. (Molla Cümə)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti