Üslubi fiqur: söz və ya ifadəni iki mənada işlətmək bacarığı; söz oyunu, kalambur.
Bu zaman həmin ifadənin hansı mənada qəbul edilməsi oxucunun öhdəsinə buraxılır. Nəsimi qəzəllərindən birində belə bir T.-dən istifadə edib:
Səndən iraq, ey sənəm, şamü-səhər yanaram.
Vəslini arzularam, dəxi betər yanaram.
Bu beytin ilk misrasındakı “səndən iraq” ifadəsi iki mənada başa düşülə bilər: “səndən uzaq olsun” və “səndən uzaqda olduğum üçün”.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti