Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

təvərə1

Basarkeçər, Culfa, Kəlbəcər, Qarakilsə, Mingəçevir, Oğuz, Şərur

Dəyirmanın üst daşındakı girintiyə keçirilən rombşəkilli dəmir hissə.  Təvərə olmasa daş hərrənməz; üs daşı təvəriyə keçirillər, o da onu hərriyir (Basarkeçər); Təvərə də:rman daşının arasında olur (Oğuz); Təvərə olmasa də:rmanın üst daşı hərrənməz (Kəlbəcər); Təvərə də:rman daşının içinə keçir (Culfa).

təvərə2

Şahbuz

Sağanaq. □ Bizim ələyin təvərəsi sınıb işdən çıxıb.

təvərə3

Cəbrayıl, Qarakilsə

məc. Dairəvi, yumru.

See also:

Azərbaycan dilinin dialektoloji lüğəti