1. Texnikaya aid olan, texnikadan istifadə ilə əlaqədar olan. □ Texniki tərəqqi. Texniki gerilik. Texniki bilik.
2. Maşın və mexanizmlərin işinə aid olan, bir şey istehsal etmək prosesi ilə bağlı olan. □ Avtomobillərə texniki baxış.
3. Hər hansı bir istehsalatın texnikasına xidmətlə bağlı olan. □ Texniki xidmət. Texniki şura.
4. Sənayedə istifadə və emal edilmək üçün olan. □ Texniki bitkilər (qənd çuğunduru, pambıq, günəbaxan və s.). Texniki yağlar.
5. Bir işdə müxtəlif köməkçi işləri görən. □ Səhnənin texniki işçiləri.
6. Texnika və ya elmin hər hansı sahəsinə aid xüsusi anlayışı ifadə edən (professional söz, ifadə haqqında). □ Texniki terminlər. Texniki ifadə.
See also: