Ağdaş, Gədəbəy, Qax, Qəbələ, Oğuz, Şəki, Tərtər, Zaqatala
Bax: tavasar. □ To:asarı götü, qoyma yağı yammağa (Oğuz); Atam bazardan to:asar almışdı (Qəbələ); Qayqanağı to:asarda yox, to:ada pişir (Gədəbəy); To:asarda yağ dağ eliyrıx (Şəki).
Azərbaycan dilinin dialektoloji lüğəti