Reklam
Reklam

Tarix terminləri lüğəti

tomahavk

alqon. temah – kəsmək

Şimal-Şərqi Amerika hindularında cilalanmış daşdan düzəldilmiş və ağac dəstəyi olan döyüş baltası; silah növü.

Avropa müstəmləkəçilərinin gəlişindən sonra – XVI–XVIII əsrlərdə daş T.-lar mis və dəmirdən hazırlanmış T.-larla əvəzlənib. Onların dəstəyi quş lələkləri, şəkillər və piktoqrafik işarələrlə bəzədilib. Hinduların hərbi mərasimlərində T. simvolik əhəmiyyət kəsb edib, məs.: qırmızı rənglənmiş T. müharibə elan olunması və ya hərbi ittifaqa çağırış anlamı verib. “T.-ı dəfn etmək” ifadəsi isə sülh bağlandığını bildirib.

Tarix terminləri lüğəti