Cəm şəkilçisi qəbul etmədən say etibarilə çoxluq, topluluq bildirən isim.
Toplu isimlər qrammatik cəhətdən təkdə olan isimlərdir, lakin onlar yekcins şəxs və ya əşyaların hamısını bir bütöv vahid şəklində bildirir; məs.: cəmiyyət, qoşun, ordu, ilxı, naxır, partiya, dəstə, xalq, camaat, el, üləma, şüəra, əhali, alay və s. Camaat, şüəra, əhali sözləri istisna olmaqla toplu isimlər cəm şəkilçisi qəbul edə bilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti