Reklam
Reklam

Etimologiya lüğəti

tor

Hör (ör) kəlməsi ilə qohumdur. Hətta bəzi dialektlərdə hörümçək yerinə torumça işlədilir. Deməli, tor “hörülmüş” (toxunmuş) mənasını verən bir kəlmədir. Gözüm tor görür, ala-toran birləşmələrindəki tor, toran kəlmələri də haqqında danışdığımız sözlə bağlıdır, onun məcazlaşmış mənalarıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti