Reklam
Reklam

Tarix terminləri lüğəti

totalitar dövlət

Cəmiyyət həyatının bütün sahələri üzərində tam (total) nəzarətin bərqərar olduğu dövlət.

T.D. terminini ilk dəfə italyan faşistlərinin lideri Benito Mussolini (1883–1945) 1920-ci ildə işlədib. Bu termin, adətən, bütün leqal təşkilatların dövlətləşdirildiyi, hakimiyyətin istədiyi kimi hərəkət etmək səlahiyyətinə malik olduğu, əsas hüquq və azadlıqların ləğv edildiyi, fərqli düşüncə sahiblərinə qarşı repressiyaların həyata keçirildiyi siyasi rejimlərə aid edilir; məs.: nasist Almaniyası, faşist İtaliyası, eləcə də SSRİ T.D.-lər hesab olunub.

See also:

Tarix terminləri lüğəti