►Hər hansı işə heç bir aidiyyəti olmayan, müqəvva, yalnız görüntü yaradan, xəyali nüfuz sahibi olan şəxs haqqında işlədilən ifadə.
İfadə XIX əsrin ortalarından başlayaraq Rusiyada istefada olan generalları görüntü yaratmaq məqsədilə toylara, yaxud hər hansı mötəbər məclislərə dəvət etmək ənənəsindən yaranmışdır.
Ehtimala görə, varlı tacirlər ətrafdakılara özünün necə hörmət-izzət sahibi olduğunu göstərmək, cəmiyyətdəki nüfuzunun yüksək olmasını təsdiqləmək üçün öz toylarına, yaxud başqa şənliklərə istefada olan generalı dəvət edirdilər. Generallar bu toylara müyyən bəxşiş müqabilində gəlirdilər. Onlardan sadəcə görüntü naminə məclisdə az müddətə də olsa iştirak etmək tələb olunurdu. Toya gələn generalın əynində mütləq hərbi forma olmalı idi ki, məclis iştirakçılarının diqqətini cəlb etsin.
Başqa bir ehtimala görə, bu ifadənin yaranıb yayılması A.Çexovun «Generalla toy» (1884) əsəri və onun əsasında yazdığı «Toy» (1890) adlı məzhəkəsi ilə əlaqədardır.
Son illərdə bu ifadə şifahi dilimizdə və publisistik yazılarda geniş işlənir.
Məsəllər, deyimlər