lat. tribus < tribuo – bölürəm
1. Qədim Romada tayfa birliyi.
Rəvayətə görə, Romanın ən qədim əhalisini üç T. – Ramnlar (latınlar), Titsilər (sabinlər) və Lutserlər (etrusklar) təşkil edib. Öncə hər T.-ya 100, sonra isə 300 nəsil daxil olub.
2. Qədim Roma komitsiyalarında (xalq yığıncaqlarında) bir səsə malik olan ərazi və seçki dairəsi.
Belə dairələrin tətbiqi Roma çarı Servi Tullinin (e.ə. VI əsr) adına çıxılır. Əvvəlcə bütün Roma ərazisi 4 şəhər və 17 kənd T.-sına bölünüb. Apennin yarımadasının romalılar tərəfindən zəbt olunması prosesində T.-ların sayı tədricən artaraq e.ə. III əsrin ortalarında 35-ə çatıb.
Tarix terminləri lüğəti