Reklam
Reklam

Fizika terminlər lüğəti

TRİBOMETRİYA yun. tribos – sürtünmə + ...metriya

Xarici sürtünmə qüvvəsi, sürtünmə əmsalı, onun sərhəd qiyməti və sürtünən səthlərin yeyilməsini ölçən üsul.

Laboratoriya şəraitində tribometrik ölçmə nöqtəsi, xətti və müstəvi kontaktlar yaradan nümunələrlə aparılır (məsələn, müstəvi üzərində kürəcik, doğuranı boyunca sürtünən çarpaz qoyulmuş iki silindr və s.). Belə nümunələrlə aparılan ölçmələrdə kontaktda olan vahid səthə düşən yeyilmə və sürtünmə qüvvəsinin qiyməti tapılır.

Fizika terminlər lüğəti