İçində maye, yağ və s. saxlamaq, nehrə çalxalamaq üçün qab kimi işlədilən, aşılama ilə hazırlanmış qoyun və ya keçi dərisi. (“Koroğlu” dastanının lüğəti)
Saqi tuluqları məclisin ortasına sürüyüb badə gəzdirdi.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
Koroğlu yerdə bir şərab tuluğu gördü. Tuluğun dibində bir batman yarım – iki batman şərab qalmışdı. Koroğlu tuluğu son damlasına qədər başına çəkib yerə qoydu.
(Paris nüsxəsi, 8-ci məclis)
Azərbaycan dastanlarının leksikası