Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

turab ərəb

Torpaq.

Gəl, biçarə Qurbani, gərək bu cəbrə dözəsən,

Əl uzadıb o yasəmən bağdan bir gül üzəsən,

Yaxşı yetirdin əlliyə, altmışa sən, yüzə sən,

Əslimiz turabdandır, məskənimiz kan, gözəl.

                                                                     (“Qurbani”)

                                        *

Bir dəm səyyah olur, qılınc qurşanır,

Bir dəm turab olub yerə döşənir.

Bir dəm haqdan qorxu çəkir, üşənir,

Bir dəm padşahnan bac olur könül.

                                         (“Əsli və Kərəm”)

Azərbaycan dastanlarının leksikası