Dairəvi məxməri yarpaqları olan bitki sortu.
Yarpaqlarının yuxarı hissəsində aydın seçilən qırmızı zolaqlar, mərkəzdən və kənarlardan açıq-yaşıl ləkələr görünür. Yarpağın alt hissəsi moruq rəngli olub, açıq çəhrayı xətlidir. Vətəni Mərkəzi və Cənubi Amerikanın bataqlıq meşələridir. Ü.M. bəzi kölgə olan yerlərdə qala bilər. Bitki gün aşırı su səpməyə ehtiyac duyur. Ü.M. üçün ideal rütubət 30-40% olduğuna görə nəm gilli dibçəklərdə yaxşı inkişaf edir. Sulama tez-tez, isti və ya ilıq su ilə olmalıdır. Torpağını daim nəm saxlamaq və böyümə zamanı qurumamasına xüsusi diqqət etmək lazımdır. Payız-qış aylarında gec-gec – torpaq quruduqdan 1-2 gün sonra sulamaq lazımdır.
Biologiya terminlərinin izahlı lüğəti