1. Çox sarp, dik və dərin yamac; yarğan, sıldırım. □ Uçurumun dibi böyük tikan kolları ilə örtülmüşdü. (Ə.Məmmədxanlı).
2. Sifət kimi: uçurumlu, sıldırımlı, sıldırım. □ ...Qaraca qızın qabağına bir uçurum dərə çıxdı. (S.S.Axundov).
3. Məcazi mənada: dərin fərq, ayrılıq, ziddiyyət. □ ...ər ilə arvad arasındakı uçurumu dərinləşdirirdi. (S.Hüseyn).
4. Məcazi mənada: təhlükə, dəhşət, faciə, fəlakət; fəlakətli aqibət. □ Qarafikirli adamlar Təbriz xalqını ... uçurumlara çəkirdi. (M.S.Ordubadi).
See also: