1. Uçma işi, uçan bir şeyin havada hərəkət etməsi.
Mərminin uçuşu. Arıların uçuşu. Toyuğun uçuşu zibilliyə qədər olar. (Atalar sözü).
2. Uçma tərzi, qaydası, üsulu. □ Tərlan uçuşundan tanınar.
3. Çox sürətli yeriş. □ Tərlana bənzər uçuşun; Əl çatmaz ipək alına! ("Koroğlu").
4. Müəyyən vaxtı nəzərdə tutan təyyarə reysi. □ Gecə uçuşları. Təyyarələrin uçuş cədvəli.
5. Məcazi mənada: vüsət, yüksəliş, coşqunluq. □ Şeir, sənət daima mübarizə, uçuş, yüksəliş tərəfdarıdır. (S.Rəhimov).
Azərbaycan dilinin izahlı lüğəti