Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

ulamçı

Borçalı, Gədəbəy, Qazax, Şəmkir

Bax: ulamaçı Oğrular malı aparıf ulamçıya vererdilər, o da saterdı, uzağa keçirerdi (Qazax); On doqquzuncu ildə oğurdan çox ulamçılar ziyan vereydi mahluğa (Gədəbəy); Keçəl Alı ulamçı adamdı (Borçalı); Qavax mə:m bir qonşum vardı, yaman ulamçıydı, malları oğurruyuf verirdilər ona, o da aparıf izin itirirdi (Şəmkir).

Azərbaycan dilinin dialektoloji lüğəti