Reklam
Reklam

Tarix terminləri lüğəti

ulan

pol. ulan < türk. oğlan

Yüngül süvari dəstəsinin əsgəri.

Kiçik bayraq taxılan nizələrlə silahlanmış U.-lardan ilk dəfə XIII–XIV əsrlərdə monqol-tatar süvari qoşununda istifadə edilib. XVI əsrdən etibarən Avropa ölkələrində, ilk olaraq Polşa və Litvada da, əsasən, tatarlardan ibarət U. dəstələri yaradılıb. XVIII əsrdə U. dəstələri Avstriya və Prussiyada, XIX əsrin əvvəlində isə Fransada formalaşdırılıb. U.-ların silahları əvvəlcə qılınc və nizədən, sonralar tapançadan, XIX əsrin ortalarından isə karabindən ibarət olub.

Tarix terminləri lüğəti