Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

ulax

Ağdam, Başkeçid, Borçalı, Füzuli, Gədəbəy, Qazax, Laçın, Ordubad, Şəki, Şəmkir, Şərur, Tovuz, Yevlax

Qoşqu heyvanı.  Yeri şumlurdux ulaxnan; Ulağ olseydi, aravanı qoşub oduna gedərdim (Ağdam); Qoşulan mala ulax deyillər; Ulağ öküzə, kala de:rix'; Ulaxları gətirif xalxala töx'düm (Qazax); Aravıya ulax qoşurdux; Ulağın dalına alıx qoyardıx (Yevlax); Ulaxlar çöldə otduyur; Ulaxları kotana qoş (Borçalı); Bi çüt ulağımız olutdu, başqa şeymiz olmıtdı (Şəki); Yeri ulaxnan şumnuyurux; Kotana dörd dənə ulax qoşardıx (Şəmkir).

Azərbaycan dilinin dialektoloji lüğəti