Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

UMXANIM

ərəb. Ummi-Hani qadın adındandır. Dilimizin antroponimik vahidlər sistemində mövcud İslam dini ilə əlaqədar qadın adlarındandır.

Əslində ad Ummi-Hani olub, dilimizdə təhrif olunaraq Umxanım şəklinə düşmüşdür. Ümm ərəb dilində ana mənasındadır. Ümmi isə anadangəlmə avam, heç bir elmə yiyələnməmiş, bixəbər, savadsız anlamına gəlir. Xəlifə Əlinin bacısı, Məhəmməd Peyğəmbərin arvadı olmuş Ummi-Hani Faxtə Əbu Talib qızının adındandır. Dini rəvayətlərdə deyildiyinə görə, Məhəmməd Peyğəmbər Ümmi-Haninin evindən meraca getmişdir. Məhəmməd Peyğəmbərin düşmənləri ona hətta Ümmi deyib təhqir də edirdilər. Peyğəmbərin yaxınları isə ümmi sözünü ümmət – xalq, kütlə sözü ilə əlaqədar olduğunu iddia edərək xalq arasından çıxmış, xalqçı kimi izah etməyə çalışırdılar. Bu gün dilimizdə ad yalnız Umxanım şəklindədir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti