Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

usta [usda] isim

1. Bir sənəti lazımınca, əsaslı surətdə öyrənib onunla məşğul olan adam; sənətkar. □ Usta Fərrux işdən kefi kök qayıtmışdı. (B.Bayramov).

2. Peşə, sənət öyrədən şəxs; tərbiyəçi, müəllim. □ ...orada usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib, Qəzvinə müraciət etdi. (M.F.Axundzadə).
3. Öz işində böyük bacarıq və məharət qazanmış mahir adam, mahir sənətkar. □ Bədii söz ustası. İncəsənət ustalarının konserti. Üzümçülük ustası.

4. Məcazi mənada: ümumiyyətlə, mahir, bacarıqlı, zirək adam haqqında. □ Xeyr, lazım deyil, .. Əhməd özü ustadır, əldən qoymaz. (N.Vəzirov)

5. İstehsalatda, uçuşda və s.-də inzibati və texniki rəhbərliyi həyata keçirən şəxs. □ Növbə ustası. Buruq ustası.

6. Ən görkəmli idmançılara verilən ad və bu adı daşıyan şəxs. □ Əməkdar idman ustası.

See also:

frazeologizm: usta tərpənmək Azərbaycan dilinin izahlı lüğəti