Reklam
Reklam

Tarix terminləri lüğəti

ustaşlar

xorv. ustaše – üsyançılar

İfrat millətçi xorvat təşkilatının üzvləri.

Rəsmi adı Hrvatski revolucionarni pokret (Xorvat inqilabi hərəkatı) olan bu təşkilatın əsası 1929-cu ilin yanvarında Ante Paveliç tərəfindən qoyulub. U. serblərin Yuqoslaviyadakı hegemonluğu əleyhinə çıxıblar, onları xorvat milli dövlətinin yaradılması yolunda başlıca maneə sayıblar və bu səbəbdən serb millətçiliyi ilə mübarizə aparıblar. Avropa dövlətlərinin əksəriyyəti serbləri dəstəkləyib, U. isə xorvat dövləti ideyasını gerçəkləşdirmək yolunda Almaniya və İtaliyaya arxalanıblar. Almanların dəstəyi ilə 1941-ci ildə onlar müstəqil Xorvatiya dövlətini yaratmağa müvəffəq olublar. Bu dövlət 1945-ci ilədək yaşayıb. II Dünya müharibəsindən (1939–1945) sonra Yuqoslaviyada kommunistlərin hakimiyyətə gəlməsi ilə U.-a qarşı kütləvi repressiyalar başlayıb və təşkilat faktik olaraq fəaliyyətini dayandırıb.

Tarix terminləri lüğəti