1. Üstü örtülməmiş, üstü açıq olan; damı, qapağı olmayan; açıq. □ Üstüaçıq maşın.
2. Zərf kimi: üstünə heç bir şey örtmədən, üstünə heç bir şey salmadan. □ Üstüaçıq yatmaq.
3. Zərf kimi: açıq surətdə, açıq, gizlətmədən. □ Nicat dayı məndən soyumuşdu, hərdən lap üstüaçıq şəkildə məni danlayırdı. (B.Bayramov).
Azərbaycan dilinin izahlı lüğəti