Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

ütəlgi1

Ağdam, Bərdə, Kürdəmir, Qazax, Oğuz

Ley. □ Deyəsən, quşdarın içinə ütəlgi tüşüf (Qazax); Ütəlgi hası quş oldu, tutuf yeir (Bərdə).

ütəlgi2

Ağdaş, Cəbrayıl, Şuşa

1. Başqasına can yandıran (Ağdaş).  Mə:sut çox ütəlgidi.

2. Cəld, qoçaq (Cəbrayıl). Nüsrət ütəlgi uşaxdı.

3. Bacarıqlı (Şuşa). □ Nadir çox ütəlgi adamdı, əlinnən hər şey gəlir.

ütəlgi3

Zaqatala

Kələkbaz.

Azərbaycan dilinin dialektoloji lüğəti