Reklam
Reklam

Tarix terminləri lüğəti

uyğur əlifbası

Qədim uyğur dilində səslərin qrafik xətlə qeydiyyatı üçün I minilliyin sonunda yaradılmış yazı sistemi.

Suriya-arami yazılarından birinin əsasında formalaşdırılmış bu əlifba ilə mətnlər yuxarıdan aşağıya, soldan-sağa şaquli istiqamətdə tərtib edilib. U.Ə.-nda 22 hərfdən hər biri sözdəki yerinə (əvvəldə, ortada, sonda) uyğun olaraq üç şəkildə yazılıb. XI–XII əsrlərdə uyğurların istifadə etməyə başladıqları ərəb əlifbası tədricən onların öz əlifbasını sıxışdıraraq tətbiq dairəsini daraldıb. Lakin U.Ə.-ndan XVIII əsrin əvvəlinədək, Çində yaşayan sarı uyğurlar isə XIX əsrdə də istifadə ediblər. XIII əsrdə U.Ə. monqollar tərəfindən mənimsənilib və monqol dilinin fonetik xüsusiyyətlərinə uyğunlaşdırılıb. Çinin Monqolustan muxtar rayonunda bu əlifba indiyədək işlədilir. Mancurlar da U.Ə.-nı monqollardan götürüb və XVIII əsrədək istifadə ediblər.

Tarix terminləri lüğəti